Burada sizin reklamınız ola bilər


30 Noyabr 2019 , 10:45

"Eşkiya Dünyaya hükümdar olmaz"ın Çakırı Bakıda izdihamla qarşılandı - VİDEO + FOTOLAR


"Bu, Bakıya üçüncü gəlişimdir. Ölkənizin qədrini bilin. Çünki çox gözəl ölkəniz var. Bakını gəzərkən düşündüm ki, buradan ev alım".

 

Primetime.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktyoru Oktay Kaynarca jurnalistlərə açıqlamasında deyib. Park Bulvarda siması olduğu mağazanın açılışına qatılan aktyor Azərbaycana sevgisini belə dilə gətirib:

 

"Azərbaycanı sevirəm. Burada çox sevildiyimi bilirəm. Sizin yeməkləriniz də məşhurdur. Dəfələrlə dadmışam. Sizin yeməklərinizi sevərək yeyirəm".

 

O. Kaynarca Azərbaycandan film təklifləri aldığını, zamanı olmadığı üçün təklifləri qəbul etmədiyini bildirib. O, jurnalistlərin ""Eşkiya dünyaya hükümdar olmaz” serialının Hızırı Oktay Kaynarcanı adətən mafia obrazında görürük. Mafialar adam öldürən, çirkli pullar qazanan, qaranlıq adamlardır.  Amma türk toplumunda mafia obrazlarına xüsusi sevgi var. Bunun səbəbi nədir?" sualına belə cavab verib:

 

" Əslində insanlara ailə, dostluq anlayışını təqdim edirik.  Bu serialda onları çox yaxşı təqdim etdiyimizi düşünürəm. İnsanlara ibrətamiz mesajlar ötürürük".

 

Sərvər Mehtiyev

Foto: Kərim Abbasov

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR