Burada sizin reklamınız ola bilər

Tanınmış türkiyəli müğənni:
01 Dekabr 2019 , 15:43

Tanınmış türkiyəli müğənni: "Başqa sənətçiləriniz varmı?" - VİDEO + FOTOLAR


Ötən gecə Xalq artisti Röya Ayxan Türkiyənin məşhur müğənniləri Ersay Üner və Feride Hilal Akınla klub konserti ilə çıxış ediblər.  

 

Primetime.az xəbər verir ki, konsert öncəsi kulisdə Feride jurnalistlərin suallını cavablandırıb. O, Bakıya ilk dəfə gəldiyini və Azərbaycan dilinə aşiq olduğunu bildirib:  

 

“Bakıya ilk səfərimdir. Sabah şəhərə çıxıb, gəzəcəm. O qədər gözəl danışıq tərziniz var ki, adama ləzzət edir. Məsələn, “Ay, balam”. Bakı çox gözəl şəhərdir, sizi çox sevdim. İndi söyləyəcəklərimdən çox utanacam. Restoranda çox dəxlisiz bir yemək yedim. Kafede oturub, “Paris” yedim. Sabah restorana gedib mütləq şəkildə milli mətbəxinizin dadına baxacam”.  

 

“Azərbaycan müğənnilərindən kimi tanıyırsız?” sualına isə Fəridə cavabı ilə təəcübləndirməyi bacarıb: 

 

“Gənclərdə Röyanı, Şuranı və Nigarı tanıyıram. Başqa sənətçiləriniz var mı?!”

 

Sərvər Mehtiyev 

Foto: Kərim Abbasov  

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR