Burada sizin reklamınız ola bilər

Bakıda sənaye istehsalı 7% azalıb
02 Dekabr 2019 , 10:08

Bakıda sənaye istehsalı 7% azalıb


Bu ilin yanvar-oktyabr aylarında Bakının sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 32,6 mlrd. manat təşkil edib, buda keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% azdır.

 

Bakı Statistika İdarəsindən Primetime.az-a verilən məlumata görə, ötən dövr sənaye məhsulunun 80,5% mədənçıxarma, 17,5% emal, 1,4% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,8% olunub.

 

Məlumata əsasən, istehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 noyabr 2019-cu il vəziyyətinə 194 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

 

“Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63 mln. manat məbləğində digər məhsullar da mövcud olub”, - deyə, məlumatda qeyd edilir.

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR