Burada sizin reklamınız ola bilər

Oksana öpüş səhnəsindən danışdı
02 Dekabr 2019 , 12:18

Oksana öpüş səhnəsindən danışdı - VİDEO


"Paylaşılan foto filmin posteri deyil. Həmin kadr ekran əsərində yer alan mənim tərəf müqavilim aktyor Şəhriyar Əbilovla oynadığımız tanqo rəqsindəndir. Rəqsimizin sonunda onunla üz-üzə dayanıb belə bir ehtiraslı poza vermişik".

 

Bu sözləri Primetime.az- a açıqlamasıda rəqqasə-aktrisa Oksana Rəsulova deyib. Bir müddət  onun da  çəkildiyi “Sevgi romanı” filminin tanıtım çarxı ilə yanaşı, qalmaqallı posteri sosial mediaya yayılaraq müzakirəyə səbəb olmuşdu. Belə ki, sözügedən şəkildə Oksananın tərəf müqabili Şəhriyar Əbilov ilə öpüşdüyü deyilir. İkiliyi bu addımlarına görə tənqid atəşinə tutmuşdurlar:

 

"Yazdılar ki, mən Şəhriyarla öpüşmüşəm. Həmin fotoya diqqətlə baxsınlar orada öpüş yox idi. O rəqs necə olacaq və o rəqsdən sonra nələr olacaq? – bunu filmimiz çıxanda biləcəksiz. Açıq-saçıq səhnə yoxdur, amma ehtiraslı səhnələr var. Açıq-saçıq səhnələrdən mən ümümiyyətlə uzağam. Sevgiyə aid hansı səhnə istəyirsinizsə onlar filmdə yer alıb.  Hər hansı film çıxdıqda, açıq-saçıq səhnə tamaşaçılar tərəfindən tənqid olunur. Olmalıdır və bu da normaldır”. “Mələyin öpüşü”nü hind filmlərinin “remake”-i  adlandırdılar. İnandırım sizi o filmi kəşf edəndə heç bir kinoya aidiyyatı belə yox idi. Hər zaman insanlar nəyisə nəyəsə bənzədirlər.

 

Amma “Sevgi romanı” filmi türksayağı romantik bir melodramdır. Film həvəskarları ekran əsərini izlədikdə həyatda tez-tez rast gəldikləri sevgi, xəyanət, satqınlıq kimi məqamların şahidi olacaqlar. Tamaşaçıların intizarına 12 dekabrda son qoyulacaq. Çünki bu tarixdə “Sevgi romanı”nın premyerası keçiriləcək.

 

Hesab edirəm ki, çəkdiyimiz film bizə həm uğur gətirəcək, həm də pul qazandıracaq. Sadəcə onu deyə bilərəm ki, filmə 100 mindən çox pul xərcləmişəm”.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR