Burada sizin reklamınız ola bilər


02 Dekabr 2019 , 13:19

"Qış nağılı" filminin qala gecəsi baş tutub - FOTOLAR


Ötən gün Heydər Əliyev Sarayında “Qış nağılı” Yeni il komediyasının qala gecəsi keçirilib.

 

Primetime.az  xəbər verir ki, filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir. Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. Bir çox məşhurların da yer aldığı film iki hissədən ibarətdir. Filmdə eyni zamanda Türkiyənin sevilən ulduzları müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar. Amma hər iki sənətçi dünən baş tutan qalada iştirak etməyiblər.

 

Ssenari eyni oteldə baş verən bir neçə hekayədən ibarətdir. Filmdə musiqiləri Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov və Samirə Əfəndi səsləndirib.

 

Ekran işinin ikinci hissəsi 19 dekabrda təqdim olunacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR