Burada sizin reklamınız ola bilər

Bu otelin gecəsi 1 dollardır. Sadəcə 1 şərti var
02 Dekabr 2019 , 16:14

Bu otelin gecəsi 1 dollardır. Sadəcə 1 şərti var - FOTOLAR


Yaponiyada boş qalan otaqlardan gəlir əldə etməyi hədəfləyən bir otel diqqət çəkmək üçün otaqları gecəsi 1 dollara kirayə verir.

 

Primetime.az xəbər verir ki, Fukuoka şəhərində yerləşən "Asahi Ryokan" adlı oteldə qalmaq üçün isə "Youtube" üzərindən canlı yayım etməyi qəbul etmək lazımdır. Otel müdiriyyəti bu sayədə reklam gəliri əldə etməyi hədəflədiyini bildirib. 

 

"Asahi Ryokan"da 1 dollara qalan qonaqların otaqlarında keçirdikləri bütün zamanı "Youtube"da yayımlamaları lazımdır. Otağın sadəcə hamam otağında kamera yoxdur. Səyahət rəhbəri "Lonely Planet"in məlumatına görə, otelin sahibi Tetsuya İnoue az tələb olan otaqlardan pul qazanmaq üçün belə bir yol tapıb. Sözügedən otaqlarda kimsə olmadıqda isə canlı yayım İnouenin ofisindən davam edir.

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR