Burada sizin reklamınız ola bilər

AQTA əməkdaşları soğan anbarlarını yoxlayıb
02 Dekabr 2019 , 16:40

AQTA əməkdaşları soğan anbarlarını yoxlayıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.

 

AQTA-dan Primetime.az-a verilən məlumata görə, əməkdaşları Ağdam rayonu Mahrızlı və Çəmənli kəndlərində soğan anbarlarında monitorinqlər keçiriblər.

 

Məhsulun anbarlarda ziyanverici və xəstəliklərlə sirayətlənməsinin qarşısını almaq üçün fermerlərə müvafiq təlimat və tövsiyələr verilib.

 

Bildirilib ki, anbar və saxlanc yerlərində saxlanılan soğanda əsasən bakterial xəstəliklərdən sirayətlənmə baş verə bilir. Agentlik mütəxəssisləri bununla bağlı fermerlərə metodiki göstərişlər və tövsiyələr veriblər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR