Burada sizin reklamınız ola bilər

Mərakeşdə ağır qəza: Xeyli sayda ölən və yaralananlar var
02 Dekabr 2019 , 16:56

Mərakeşdə ağır qəza: Xeyli sayda ölən və yaralananlar var


Mərakeşdə ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, Taza bölgəsi yaxınlığında sərnişin avtobusu aşıb. Qəza nəticəsində 17 nəfər həyatını itirib, 36 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Verilən məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobusun başqa bir avtomobilə çırpıldıqdan sonra aşdığı öyrənilib. 

 

Qəza ilə bağlı araşdırma başlayıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR