Burada sizin reklamınız ola bilər

Filippində
02 Dekabr 2019 , 17:59

Filippində "Kammuri" qasırğası səbəbi ilə 43 min insan təxliyə edildi


Filippinin şərq sahillərini vurması gözlənilən "Kammuri" qasırğası səbəbi ilə bölgədən 43 min insan təxliyə edilib.

 

Primetime.az xəbər verir ki, Filippin milli meteorologiya agentliyi sürətinin saatda 158 km-ə çatacağı təxmin edilən Kammurinin bu gün gecə ya da sabah səhər saatlarında ölkənin şərq adalarına çatacağını açıqlayıb. Rəsmilərin sözlərinə görə, qasırğanın ən çox təsir edəcəyi bölgənin Luzon olacağı, paytaxt Manila və ətrafındakı bölgələrə isə şiddətli yağış yağması gözlənilir. 

 

Filippində bu il 20-ci qasırğa olan "Kammuri"nin 2014-cü ilin iyul ayında 100-dən çox insanın ölümünə yol açan "Rammasun" ilə eyni olacağı qeyd edilib. 

 

 

Qeyd edək ki, ölkədə 2013-cü ildə təsirli olan "Haiyan" qasırğası nəticəsində 7300-dən çox insan ölüb.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR