Burada sizin reklamınız ola bilər

Afaq Bəşirqızından
02 Dekabr 2019 , 20:09

Afaq Bəşirqızından "millət vəkili" kampaniyasına reaksiya


Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkədə kampaniya başlayıb.

 

Primetime.az Axşam.az -a istinadən xəbər verir ki, bir çox tanınmış aktrisanın fotosunu yayımlayaraq, onu deputat kimi görməyi arzuladığını yazıb.

 

Əməkdar artist Xumar Qədimova Bəşirqızının fotosunu yayımlayaraq "Afaq Bəşirqızını millət vəkili görmək istəyirəm. Sizi də ona dəstək olmağa çağırıram. Çünki o xalqdan gələndir, özümüzdür" sözlərini qeyd edib.

 

Əməkdar artist Elza Seyidcahan da məsələ ilə bağlı "Əlbəttə ki, Afaq xanıma hamımız səs verərik. Çox istəyərik ki, millət vəkili seçilsin" paylaşımını edib.

 

Əməkdar artist Vasif Məhərrəmli də paylaşımında "Bilmirəm yazılanlar nə qədər həqiqətə uyğundur. Amma bilirəm ki, çoxdan bu xalqın sizin kimi dürüst qərəzsiz, ədalətli, millətini, dövlətini sevən birinə ehtiyacı var. Sizin əməlləriniz göstərir ki, siz xalqın vəkili kimi Milli Məclisdə bizi təmsil etməyə layiqsiniz" sözlərini vurğulayıb.

 

Müğənni Ülvi Qılınc isə "Afaq Bəşirqızını millət vəkili görmək istəyirəm. Çünki o, xalqın sözünü deyəndir" sözləri ilə Xalq artistinə dəstək olub.  

 

Aktrisa Ülviyyə Əliyeva və bir çox sənət adamı da A.Bəşirqızı ilə paylaşım edərək, onun millət vəkili olmasını istədiyini bildirib.   

 

Məsələ ilə bağlı A.Bəşirqızı ilə əlaqə saxlanılıb. Aktrisa bu haqda çox danışmaq istəmədiyini bildirib. O, deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyi haqda suala "Bu haqda hələ heç bir şey fikirləşməmişəm" cavabını verib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR