Burada sizin reklamınız ola bilər

İnterpolun axtardığı təhlükəli qadın cinayətkarları
02 Dekabr 2019 , 21:10

İnterpolun axtardığı təhlükəli qadın cinayətkarları - Azərbaycanlı da var \FOTOLAR


İnterpol qadın cinayətlərinə görə beynəlxalq axtarışda olan 8 təhlükəli qatilin siyahısını açıqlayıb.

 

Primetime.az Qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıya Rusiyanın orneburq əyalətinin sakini Valeri Andreyev liderlik edir. O, qadın oğurluğu, zorlama və qətl maddələri üzrə 2012-ci ildən axtarışdadır. İddialara görə, 62 yaşlı Valeri xarici görünüşünü tez-tez dəyişdiyindən onu yaxalamaq çətindir. İstintaq onun haqqında 7 qadın oğurluğu faktını təsdiq edib.

 

2. Məhəmməd əyyub Cahangiri – 28 yaş. Danimarka həyat yoldaşını amansızlıqla qətlə yetirdiyinə görə onun haqqında beynəlxalq axtarış elan edib.

 

3. Azad Səttar Əhməd Cuburi – 36 yaş. Norveç tərəfindən qadınlara qarşı seksual zorakılığa görə axtarılır.

 

4. Aleksey Levin – 42 yaş. Ukrayna tərəfindən qadının ölümünə səbəb olan ağır bədən xəsarətləri yetirmə maddəsi ilə axtarışdadır.

 

5. Tyaqo Enrike Moreyra – 38 yaş. Braziliya tərəfindən keçmiş sevgilisini amansız qətlinə görə axtarılır.

 

6. Nuran Musayev – 37 yaş. Rusiya tərəfindən iki qadını amansız qətlə yetirdiyinə görə axtarışdadır. Qeyd edək ki, milliyyətcə azərbaycanlı olan Nuran Musayev 1982-ci ildə Qərbi Azərbaycanda anadan olub. 

 

7. Panayotis Netsati – 44 yaş. Kipr tərəfindən qadınların oğurlanması, zorlanması və qətlinə görə axtarılır.

 

8. Bxadreşkumar Çetanbhay Patel – 29 yaş. ABŞ tərəfindən öz arvadını öldürdüyünə görə axtarılır.

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR