Burada sizin reklamınız ola bilər

Gəncədə top mərmisi aşkar olunub
02 Dekabr 2019 , 22:17

Gəncədə top mərmisi aşkar olunub


Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin ərazisində mərminin tapılıb.

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Primetime.az-a verilən xəbərə əsasən, bu barədə agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumat daxil olub.

 

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və oraya baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFT) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR