Burada sizin reklamınız ola bilər

Yevda Abramovun oğlu: “Atamın vəfatı barədə məlumatlar yalandır”
03 Dekabr 2019 , 23:28

Yevda Abramovun oğlu: “Atamın vəfatı barədə məlumatlar yalandır” - YENİLƏNİB


Oğlu Sasson Abramov Mərkəzi Klinik Xəstəxanada müalicə alan atası, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədrinin müavini Yevda Abramovun vəfat etməsi barədə xəbərləri təkzib edib. 

 

Primetime.az xəbər verir ki, o, APA-ya bildirib ki, atası hazırda xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir: “Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır. Allaha şükür, vəziyyəti yavaş-yavaş stabilləşir”.

 

Mərkəzi Klinik Xəstəxanadan da bildirilib ki, Y.Abramovun vəfat etməsi barədə məlumatlar əsassızdır.

 

***

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib. 

 

Primetime.az xəbər verir ki, bu barədə Yenicag.az-a yaxınları məlumat verib. 

 

Xatırladaq ki, millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Millət vəkili İsraildə vəfat edib. Mərhumun nəşi Qırmızı Qəsəbəyə gətirilib. 

 

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi. 

 

Allah rəhmət eləsin. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR