Burada sizin reklamınız ola bilər

Yuxu gördüyümüz zaman bədənimizdə nələr baş verir və ya biz niyə yuxu görürük?
03 Dekabr 2019 , 23:16

Yuxu gördüyümüz zaman bədənimizdə nələr baş verir və ya biz niyə yuxu görürük? - FOTO


Yuxuya keçdiyiniz zaman beyniniz və xəyal gücünüz dayanmır və əslində bütün olaylar beyin sapı adlandırılan yerdə başlayır. 


Primetime.az xəbər verir ki, siz yuxuladığınız zaman bədəniniz yuxu rejiminə keçir, REM yuxusuna keçdiyiniz zaman bütün əzələlərinizin hərəkəti dayanır və gözləriniz xaric hər yeriniz keçici olaraq paralic olur. Bundan qorxmağa dəyməz, əslində bədənimizin keçici olaraq paralic olması yaxşıdır. Ona görə ki, əgər belə olmasaydı yuxuda etdiklərinizi realda fiziki olaraq həyata keçirəcəkdiniz. 


Bundan sonra beyin sapındakı sinir hüceyrələri təsadüfi şəkildə bir-birilə əlaqəyə girir. Bəzi mütəxəssislər bu işarətləri mənalandırmağın yuxuları əmələ gətirdiyini bildirir. Frontal korteks, yəni beynin ön tərəfindəki idrak vəzifəsini yerinə yetirən bölmə fəaliyyətini dayandırır. Məntiq, mühakimə və yarğı olmur və kosmosun normal qanunları öz hökmünü itirir. Buna görə də, siz bir-birindən tamamilə fərqli yuxular da görə bilərsiniz. 

 

Yuxular beyindəki iki önəmli bölümü - yaddaşın beşiyi hesab edilən "Hipokampüs" ilə duyğularımızı idarə etməkdə böyük önəm kəsb edən amigdalanı bir-birilə əlaqələndirir. Yuxuda baş vermiş olayları və eləcə də, qəribə və həqiqətə sığmayan şəkildə görərkən qorxmağınız və ya xoşbəxt olmağınız da buna görədir. 

 

Gözləriniz açıq olmasa da beyninizin görüntüləri analiz edən mərkəzi - görüntü korteksi öz fəaliyyətini davam etdirir. Bu da yuxuları beyninizdə görməyinizi təmin edir. Əksər yuxular REM yuxularında görülür. REM-dən kənarda nadir hallarda yuxu görə bilərsiniz. Lakin bu yuxu adi olar. 

 

Yuxuları xatırlamamağımızın bir səbəbi də zehnin özünümüdafiə sistemi ilə əlaqələdir. Əgər hər şeyi xatırlasaydınız, yuxu ilə gerçəyi bir-birindən fərqləndirə bilməzdiniz. 

 

Ümumiyyətlə isə, mütəxəssislərin rəyinə görə, yuxular yaşadıqlarımızı şüuraltına həkk etməyimizə kömək edir. Həmçinin, oyanma anı yaxınlaşdıqca yuxuların daha tez görülməsi ilə zehnin reallığa alışmasına yardımcı olması ilə bağlıdır. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR