Burada sizin reklamınız ola bilər

Salyanda piyadanı avtomobil vuraraq öldürüb
03 Dekabr 2019 , 23:45

Salyanda piyadanı avtomobil vuraraq öldürüb


Salyan rayonunun Xıdırlı kəndində piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

 

Primetime.az APA-ya istinadla xəbər verir ki, Xıdırlı kənd sakini, 1986-cı il təvəllüdlü Sadıq Seyidağa oğlu Mustafayev yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. 

 

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda hadisə yerindən qaçan sürücü axtarılır.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR