Burada sizin reklamınız ola bilər

UEFA Region kubokunun püşkü atılıb
04 Dekabr 2019 , 00:02

UEFA Region kubokunun püşkü atılıb


UEFA Region kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb.

 

Primetime.az AFFA-ya istinadən xəbər verir ki, A qrupunda yer alan təmsilçimiz ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq. Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək.

 

Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

 

Qeyd edək ki, ölkəmizi bu turnirdə Region Liqasının 2018/2019-cu il mövsümünün qalibi olmuş “Uğur” (Sumqayıt) komandası təmsil edəcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR