14 yaşlı yeniyetmədən ŞOK qətl – Səhvən yaşlı babasını başından güllələdi – FOTO

20:31

15 May

lady gaga

Türkiyənin Konya şəhərində bədbəxt hadisə baş verib.

 

Primetime.az İHA-ya istinadən xəbər verir ki, 14 yaşlı yeniyetmə babasını başından güllələyərək öldürüb.

 

Bildirilir ki, hadisə “Gökpınar Mahallesi” adlanan ərazidə baş verib. Belə ki, S.C.Y. ov tüfəngini alıb oynadarkən dəhşətli qəza baş verib. Açılan atəş nəticəsində yeniyetmənin həyətdə oturan babası – Abdullah Y. başından ağır yara alıb. 68 yaşlı şəxs elə oradaca keçinib.

 

Hadisədən xəbər tutan jandarma 14 yaşlı gənci saxlayıb. Faktla bağlı araşdırma aparılır.

 

Sizə maraqlı ola bilər