Burada sizin reklamınız ola bilər

Rusiyada qatil məhkəmə zalının tavanından qaçmaq istədi
11 Dekabr 2019 , 22:56

Rusiyada qatil məhkəmə zalının tavanından qaçmaq istədi - VİDEO


Moskvada bacısını bıçaqlayaraq qətlə yetirən və onun bədənində müxtəlif ritual simvollar çəkən Leonid Qreyser Şerbinsk məhkəmə zalında tavandan qaçmaq istəyib.

 

Primetime.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə polis əməkdaşlarının gözü önündə baş verib. Qreyser dəmir qəfəsliyin yuxarısına dırmanaraq tavana çıxıb. Polis onu ayağından tutaraq qaçmasının qarşısını almağa çalışıb. Ancaq hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimət göstərən məhkuma elektroşok verilib.

 

Məhkəmədən verilən məlumata görə, “akvarium” bütün normalara cavab verib və Qreyser oradan yalnız öz bədəninin müqaviməti hesabına çıxa bilib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR