Burada sizin reklamınız ola bilər

Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər yaralanıb
14 Dekabr 2019 , 11:29

Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər yaralanıb


Bakıda marşrut avtobusu qəzaya uğrayıb. 

 

Primetime.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsində “Daş yol” adlanan küçədə qeydə alınıb. Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb. Belə ki, KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. 

 

Səhiyyə Nazirliyindən bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara lazım olan yardım göstərilib və müalicələri davam edir.

 

Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb KİA markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

 

Faktla bağlı araşdırma aparılır. 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR