Burada sizin reklamınız ola bilər

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
14 Dekabr 2019 , 12:31

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 10 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Primetime.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə nəfər ölüb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. 

 

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR