“15 İyul” çevrilişinin iştirakçılarının cəzası məlum oldu

16:00

12 İyul

lady gaga

Türkiyədə 15 İyul 2016-cı il tarixində baş vermiş çevrilişdən sonra “Boydak Holdinq”in idarəçilərinə qarşı açılan cinayət işində qərar verilib.

Belə ki, holdinqin idarə heyətinin sədri Hacı Boydak 11 il 10 ay 15 gün, şirkətin rəhbəri Memduh Boydak silahlı terror idarəçiliyinə görə 18 il, keçmiş idarə heyəti üzvü Şükrü Boydak 10 il, azadlıqda olan Mustafa Boydak, Erol Boydak, Bekir Boydak, İlyas Boydak və Murat Bozdağ 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Boydak Holdinq”ə də həbs qoyulub. “Boydak Holdinq”in tərkibinə “İstikbal”, “Bellona”, “Hes Kablo” kimi markaların olduğu 41 şirkət daxildir.

Çevrilişin baş verdiyi gecədə “15 İyul Şəhidlər Körpüsündə” ikisi polis olmaqla 34 nəfərin öldürülməsində təqsirli bilinən 72 nəfərə “Konstitusiya qaydasını aradan qaldırmağa cəhd” cinayətindən ömürlük həbs cəzası verilib.

133-u həbs olunan 143 əsgər haqqında açılan cinayət işində qərar 9 ay sonra verilib.

22 nəfərə “Konstitusiya qaydasını aradan qaldırmağa kömək etmək” cinayətindən 17 il 7 ay, 5 şübhəliyə isə eyni cinayətdən 15 il həbs cəzası verilib.

Bundan əlavə Rəcəb Tayyib Ərdoğanın keçmiş dostu Erol Olçok və Abdullah Tayyib Olçokun öldürülməsində təqsirli bilinən 12 nəfərə “qəsdən öldürmə” cinayətindən ömürlük azadlıqdan məhrum etmə cəzası verilib.

Verilən məlumata görə, qərarın açıqlanmasından sonra məhkəmə zalında ortalıq qarışıb, bəzi şübhəlilərin Cümhuriyyət Marşını oxuduğu, şikayətçilərin isə əllərində olan sənədləri şübhəlilərə doğru atdığı bildirilib.

 

 

 

 

 

 

Sizə maraqlı ola bilər