15 yaşlı qız “Netflix”də serial prodüseri olacaq

20:05

12 Sentyabr

lady gaga

“Stranger Things” filminin ulduzu Milli Bobbi Braun film çəkmək arzusundadır.

 

Primetime.az xəbər verir ki, 15 yaşlı aktrisa bacısı ilə birlikdə yazdığı “A time lost” hekayəsini ekranlaşdırmağa qərarlıdır. Serial 2 ailə arasında baş verən gərginlikdən, həmçinin ailələrdən birinin kiçik qızına xərçəng diaqnozu qoyulmasından sonrakı proseslərdən danışacaq.

 

Milli açıqlamasında bildirib ki, film dostluq, sevgi və iradədən danışır: “Bu film sözün əsl mənasında sevgi işidir”.

 

Qeyd edək ki, 15 yaşlı aktrisa karyerasına “Netflix” ilə başlayıb.

Sizə maraqlı ola bilər