Təranə onlara CAVAB VERDİ: “Mənim səhifəmdən uşağına çörək aparırsa…” – FOTO

14:36

12 Sentyabr

lady gaga

Son zamanlar sosial şəbəkələrdə keçirilən ən məşhur yarışlardan biri də  “Giveaway”-dir

 

Primetime.az xəbər verir ki, proqram vasitəsi ilə təsadüfi seçilən qaliblərə konkursa sponsor olmuş insanlar tərəfindən müxtəlif hədiyyələr verilir. Bu yolla da hər iki tərəf öz hesabında izləyicilərin sayını artırmış olur.

 

Təranə Qumral və Musa Musayev cütlüyü də öz səhifəsində “Giveaway” keçirmək qərarına gəlib. Amma izləyicilərə sponsorlar tərəfindən verilən hədiyyələr ucuz olmağı ilə seçilib. Belə ki, onlar qalib olduğu halda daraqlı fen, 5 manatlıq kontur, 12 ədədlik şəkilli çərçivə, diş bəyazlatma məhsulu, qol saatı, parfüm və s. vəd edilib.

 

Məsələ ilə bağlı Təranə Qumral ilə əlaqə saxladıq. O, Primtime.Az-a açıqlama verərək məsələyə aydınlıq gətirib:

 

“Əslində “Giveaway”i mən keçirmirəm. Mənim səhifəmdə Sevinc adlı bir şairə xanım var. Mənim icazəmlə o keçirir. Əgər o xanım oradan övladına çörəkpulu aparacaqsa, niyə də yox deyim?! Bunun nəyi pisdir ki? Məni tanıyan yaxşı bilir ki, mən nə ucuz, nə də bahalı reklama qaçmıram, marağım da yoxdur. Mənə gülən də özü də elə gülməli vəziyyətdədir ki… “Ay, Təranə ucuz “Giveaway” keçirdi” və s. Mənim heç verilən hədiyyələrdən xəbərim yoxdur. Səhifəmdə yerləşdirməyə görə, qızım Qumraldan icazə alıblar və qonarar ödəyiblər”.

 

Sərvər Mehtiyev

 

 

Sizə maraqlı ola bilər