Burada sizin reklamınız ola bilər

Azərbaycanın qadın millisi Avropa çempionatına vəsiqə qazandı
13 Yanvar 2020 , 14:28

Azərbaycanın qadın millisi Avropa çempionatına vəsiqə qazandı


Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını açıqlayıb.

 

Primetime.az xəbər verir ki, qadın komandamız son Avropa çempionatının nəticəsinə əsasən seçmə mərhələdən azad olub və qitə birinciliyində növbəti dəfə iştirak etmək hüququna yiyələnib:

 

Kişilər

Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri)

Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya, Belçika

 

Qadınlar

Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya (ev sahibləri)

Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya, Belçika, Azərbaycan.

 

Qeyd edək ki, final mərhələsində ümumilikdə 24 komanda mübarizə aparacaq. Digər 12 yığma seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə qazanacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR