Burada sizin reklamınız ola bilər

Azərbaycan yığmasında yeni təyinat rəsmiləşib
13 Yanvar 2020 , 18:33

Azərbaycan yığmasında yeni təyinat rəsmiləşib


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik edilib.

 

Primetime.az xəbər verir ki, yığmada yeni təyinat rəsmiləşib.

 

Komandanın sabiq məşqçisi Üzeyir İbrahimov yenidən millidə çalışacaq. O, qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

 

Ü.İbrahimov baş məşqçi Samir Əliyevin istəyi ilə komandaya dəvət edilib. Onun son iş yeri U-17 yığması olub. Çalışdırıcı millidə Küveytə yollanan Ramiz Kərimovu əvəzləyib. 

 

Qeyd edək ki, Ü.İbrahimovun məşqçilər korpusunda yer aldığı U-19 yığması ilə Nikolay Adam və Vüqar Məmmədlə mərhələ adlayıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR