Futbol meydançasında FACİƏ: 17 yaşlı qapıçı dünyasını dəyişdi – FOTO

12:16

12 İyul

lady gaga

Argentinada futbol matçı zamanı faciə yaşanıb. “Union de Golondrina” komandasının 17 yaşlı qapıçısı Ramon İsmael Koronel dünyasını dəyişib.

 

Primetime.az xarici mətbuata istinadən xəbər verir ki, gənc futbolçu penalti zərbəsini sinəsi ilə dəf etdikdən sonra halı pisləşib və anidən yıxılıb. Stadionda təcili tibbi yardım komandası olmadığına görə o, azarkeşlərdən birinin avtomobili ilə xəstəxanaya aparılıb. Lakin huşunu itirmiş qapıçı yolda keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər