17 yaşlı gəncin FACİƏVİ sonu: suda boğulub öldü – YENİLƏNİB

20:23

11 İyul

lady gaga

Ağdamda göldə boğulan gəncin meyiti sudan çıxarılıb.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, sudan çıxarılan 2002-ci il təvəllüdlü Quliyev Elnur Yalçın oğlunun meyiti artıq aidiyyəti üzrə təhvil verilib.

 

Onun çimərkən boğulduğu bildirilir.

 

*** 18:15

 

Ağdamda 17 yaşlı gənc suda boğularaq ölüb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.

 

Quliyev Elmir Yalçın oğlu qəsəbə ərazisindəki göldə çimərkən boğulub.

 

Onun meyitinin sudan çıxarılması istiqamətində axtarış işləri aparılır.

Sizə maraqlı ola bilər