Burada sizin reklamınız ola bilər

Sılanın baş tutan nikahından
14 Yanvar 2020 , 11:06

Sılanın baş tutan nikahından - VİDEO + FOTOLAR


Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Sıla aşpaz Hazer Amani ilə ailə həyatı qurub.

 

Primetime.az xəbər verir ki, cütlüyün nikahı ailə və dostları arasında kiçik bir məclis ilə təşkil olunub. Sılanın nikah şahidi meneceri Sərkan Güneylə musiqi direktoru Burak Ərkul, Hazerin isə şoumen Bəyazid Öztürk və Kamal İnal olub. Cütlük nikahdan sonra Nişantaşında yerləşən məkanların birində ailələri və dostlarının iştirak etdiyi 100 nəfərlik məclis təşkil edəcəklər.

 

Xatırladaq ki, ifaçı nikahını hər kəsdən gizlətmək üçün mərasimi Nişantaşındakı evində gerçəkləşdirib.

 

Qeyd edək ki, sevgililər bal ayı üçün Romaya yollanacaqlar.

 


 

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR