Burada sizin reklamınız ola bilər

6 mərtəbəli villa tikdirdiyi deyilən Elnarə:
14 Yanvar 2020 , 12:09

6 mərtəbəli villa tikdirdiyi deyilən Elnarə: "Qulluqçuyam" - FOTO


"Deyirlər ki, Elnarə altımərtəbəli villa tikir. Bu, həqiqəti əks etdirmir. Mən ev tikirəm, amma altımərtəbə deyil. Öz alın tərimlə, zəhmətimlə ev tikdirirəm. Kiminsə cibinə girmirəm ki? Dövlətimə, millətimə yaxşı xidmət edirəm".

 

Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva Primetime.az-a açıqlamasında deyib. Sənətçi öz barəsində 6 mərtəbəli villa tikdirir iddialarına aydınlıq gətirib:

 

"Əgər ev tikirəmsə, demək ki, xalq Elnarəni sevir, beş-on manat pul verir, mən də ev tikirəm. Təsəvvür edin ki, on-iyirmi ildən sonra ağlayıram ki, evim yoxdur. Bu nə dərəcədə düzgün olacaq? Deməzlər ki, ay Elnarə xanım, sən yaxşı sənətkar idin, toylara da gedirdin, bəs hanı sənin pulun? Ona görə gərək az geyinəsən, az yeyəsən ki, özünə bir “koma” düzəldə biləsən. Allah qismət eləsin, evimi tez tikib, başa çatdırım. Hamı kimi ev tikdirirəm.

 

 

Aparıcı Zaur Kamal mənə bununla bağlı sual verdi. Söylədi ki, “İndi bir çox müğənnilər öz evlərini göstərmirlər ki, dövlətdən ev alsınlar. Cavab olaraq dedim ki, “mən hələ ki, cavanam". Allah məni bu günə qoymasın ki, dövlətimə, xalqıma, millətimə, ailəmə yük olum. Bilirik ki, bütün sənətkarlara dövlətimiz yetərincə qayğı göstərir, xidmət edir. Allah o günü mənə qismət etsin ki, ahıl yaşında problemim çıxarsa, dövlətim mənə yardım etsin.

 

 

Guya mən demişəm ki, “evdə dörd-beş qulluqçum olacaq”. Əslində bu söz mənim leksikonumda yoxdur. Mən belə sözləri xoşlamıram. Haqqımda belə danışanda da xoşuma gəlmir. Adam var ki, lovğalanır, özünü göstərmək üçün belə sözlər danışır. Amma mən böyük danışmağı sevmirəm. Qulluqçu məsələsinə gəlincə, elə mən özüm də qulluçuyam. Əgər gedib kiminsə qapısında oxuyuramsa, demək mən də qulluqçuyam. Biz camaatın əlinə baxırıq. Əslində, o cür sözləri demək düzgün deyil".

 

Sərvər Mehtiyev

Foto: Kərim Abbasov

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR