Burada sizin reklamınız ola bilər

Amerikalı kosmonavt bir ilkə imza atdı
14 Yanvar 2020 , 14:19

Amerikalı kosmonavt bir ilkə imza atdı - FOTO


ABŞ-lı kosmonavt Kristina Koç kosmik stansiyada peçenye bişirib.

 

Primetime.az xəbər verir ki, kosmos peçenyesi kosmosda bişirilən ilk qida olaraq tarixə keçib. Belə ki, Koç noyabr ayında Beynəlxalq Kosmik Stansiyaya göndərilən "Zero G" soba ilə peçenye xəmirindən istifadə edərək "kosmos peçenyesi" bişirib. Digər tərəfdən cazibə qüvvəsi olmayan bir yerdə qida hazırlamaq üçün hazırlanan "Zero G" sobası da uğurla sınaqla keçirilib. 

 

Kosmonavtlar ümumilikdə 5 peçenye bişirib. Koç isə "Bu il Şaxta baba üçün kosmos peçenyesi və süd hazırladıq" ifadəsi ilə kosmos peçenyesinin fotosunu sosial şəbəkə hesabından yayımlayıb. Qalan peçenye xəmiri və soba 7 yanvar tarixində Dünyaya geri göndərilib. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR