Burada sizin reklamınız ola bilər

Yolu keçən iki piyadanı maşın vurub öldürdü
14 Yanvar 2020 , 15:04

Yolu keçən iki piyadanı maşın vurub öldürdü


Paytaxtın Xəzər və Nərimanov rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yolu keçən paytaxt sakini Mayıl Ağayev Bakı şəhər sakini Z.Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Nərimanov rayonunun F.X.Xoyski küçəsində isə yolu keçən paytaxt sakini Əlimusa Əmirov Füzuli rayon sakini N.İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisələrlə bağlı Xəzər və Nərimanov Rayon Polis idarələri tərəfindən araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR