Burada sizin reklamınız ola bilər

Tapdığı pulu qaytaran sürücü mükafatlandırıldı
14 Yanvar 2020 , 15:12

Tapdığı pulu qaytaran sürücü mükafatlandırıldı


Bir neçə gün əvvəl vətəndaşa məxsus sənədlər, 1200 manat, 3000 ABŞ dolları pul və qızıl zinət əşyalarını taparaq sahibinə təhvil verən 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun sürücüsü Sahib Quliyev Bakı Nəqliyyat Agentliyinə dəvət edilib.

 

Agentlikdən Primetime.az-a verilən məlumata görə, vətəndaşa qarşı göstərdiyi diqqətə və insanlığa örnək olan hərəkətinə görə Sahib Quliyevə təşəkkürnamə və mükafat təqdim olunub.

 

Bildirilib ki, sürücü S.Quliyev xidməti vəzifəsini yerinə yetirərkən vətəndaşa göstərdiyi diqqət təqdirə layiqdir. İctimai nəqliyyat üzrə xidmət edən hər bir sürücü sərnişinlərə diqqət və qayğı ilə yanaşmalıdır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR