Burada sizin reklamınız ola bilər

Narkoloji Mərkəzə yeni baş direktor təyin edildi
14 Yanvar 2020 , 15:20

Narkoloji Mərkəzə yeni baş direktor təyin edildi


Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

 

Primetime.az xəbər verir ki, Səhiyyə Naziri Oqtay Şirəliyev bununla bağlı əmr imzalayıb.

 

Belə ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

 

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR