Burada sizin reklamınız ola bilər

İki uşaq anası olan qadın sevgilisi tərəfindən qətlə yetirildi
14 Yanvar 2020 , 15:24

İki uşaq anası olan qadın sevgilisi tərəfindən qətlə yetirildi - FOTO


Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, Manisada Zeki C. adlı şəxs ondan ayrılmaq istəyən 36 yaşlı və iki uşaq anası Deniz Gezgincini qətlə yetirib. Verilən məlumata görə, o, gizlicə Gezgincinin Akhisarda yerləşən evinə girib. Eyvandan evə girən Z.C. D.G.-ni yatdığı əsnada dəfələrlə bıçaqlayıb. Daha sonra evdən çıxan şəxs polis mərkəzinə gedərək təslim olub. Xəstəxanaya çatdırılan qadın isə bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR