Burada sizin reklamınız ola bilər

Mingəçevirdə mikroavtobus aşdı
14 Yanvar 2020 , 15:30

Mingəçevirdə mikroavtobus aşdı - Yaralılar var


Mingəçevirdə mikroavtobus aşıb.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb.

 

“Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub.

 

Toqquşmanın təsirindən mikroavtobus aşıb.

 

Qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR