Burada sizin reklamınız ola bilər

Pakistanda qar fəlakəti: Çox sayda ölən var
14 Yanvar 2020 , 16:00

Pakistanda qar fəlakəti: Çox sayda ölən var


Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) son 24 saatda güclü qar yağması səbəbiylə həyatını itirənlərin sayının 75-ə yüksəldiyini açıqlayıb.

 

Primetime.az xəbər verir ki, verilən açıqlamada Pakistan nəzarətindəki Azad Cammu və Kəşirdə qar uçqunu, torpaq sürüşməsi və dam örtüklərinin çökməsi səbəbi ilə 55 nəfərin həyatını itirdiyi bildirilib. Qar uçqununun olduğu bölgədə 4 nəfərin qarın altından yaralı olaraq xilas edildiyi, itkin düşən 10 nəfərin isə tapılması üçün axtarış əməliyyatının davam etdiyi qeyd olunub.

 

Bəlucistan əyaləti Fəlakət İdarəetmə Agentliyi direktoru İmran Zakonun sözlərinə görə, əyalətdə bazar günündən etibarən yağan qar səbəbi ilə yollar və hava limanı bağlanıb. Bağlanan yollarda qalan 500 nəfər əsgərlər tərəfindən xilas edilib. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR