Burada sizin reklamınız ola bilər

Azərbaycandakı palçıq vulkanlarında qeyri-adi minerallar aşkarlanıb
14 Yanvar 2020 , 16:10

Azərbaycandakı palçıq vulkanlarında qeyri-adi minerallar aşkarlanıb


Azərbaycan və Ukrayna alimlərinin apardıqları birgə tədqiqatlar nəticəsində ölkəmizdəki palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi minerallar və onların nadir növlərinin olduğu müəyyən edilib. AMEA-nın Geologiya və Geofizika İnstitutunun alimləri bununla bağlı “Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasının aksessor minerallaşması” layihəsi çərçivəsində geniş araşdırmalar aparıblar.

 

AMEA-dan Primetime.az-a bildirilib ki, tədqiqatlar Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Geologiyası, Geoekologiyası və Çökmə Filizəmələgəlməsi Problemləri Mərkəzinin mütəxəssisləri ilə birgə aparılıb.

 

Tədqiqatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi mineraloji tərkib – təbii əmələ gəlmiş mineralların, qeyri-səciyyəvi sulfatların, oksidlərin, təbii dəmir (vüstit, hematit) minerallarının, eləcə də nadir növlərin varlığı müəyyən edilib. Bu isə həmin mineralların dərin flüidlərin təsiri nəticəsində əmələ gəldiyini müəyyən etməyə imkan verir.

 

Qeyd edək ki, sopka brekçiyası vulkandan çıxan püskürmə məhsullarıdır. O, əsasən ətraf süxurlara yad olan sərt süxur qırıntıları ilə gilli kütlə qarışığından ibarət olur.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR