Burada sizin reklamınız ola bilər

Ağac kəsən şəxs cəzalanıb
14 Yanvar 2020 , 16:24

Ağac kəsən şəxs cəzalanıb


1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində ağacların kəsildiyi aşkar edilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Primetime.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Cəlilabad rayonu Günəşli kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi məlum olub və faktla bağlı akt tərtib edilib.

 

Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Cəlilabad rayon Prokurorluğuna göndərilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR