Burada sizin reklamınız ola bilər

Beyləqan sakinindən silah götürülüb
14 Yanvar 2020 , 17:43

Beyləqan sakinindən silah götürülüb


Beyləqan sakinindən silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Primetime.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

 

Belə ki, Beyləqan rayonu İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. T.Kərimovdan 1ədəd “ İJ-58” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

 

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR