Burada sizin reklamınız ola bilər

92-ci
14 Yanvar 2020 , 17:26

92-ci "Oscar" namizədlərinin adları açıqlandı


Film dünyasının ən prestijli mükafatlarından olan "Oscar" namizədlərinin adları açıqlanıb.

 

Primetime.az xəbər verir ki, namizədlərin adları Issa Rae və Con Ko tərəfindən "Youtube" üzərindən canlı yayımda təqdim olunub. Los Ancelesdə yerləşən Dolbi teatrında keçiriləcək olan 92-ci "Oscar" mükafatlandırma gecəsi 9 fevral tarixində baş tutacaq. Verilən məlumata görə, mükafatlandırma gecəsi ötən il olduğu kimi bu il də aparıcısız keçiriləcək.

 

Bir neçə kateqoriyada namizədlik qazanan filmləri təqdim edirik: 

Joker - 11
Once Upon a Time... In Hollywood - 10
The Irishman - 10
1917 - 10
Parasite - 6
Marriage Story - 6
Little Women - 6
Bombshell - 3

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR