Burada sizin reklamınız ola bilər

Əməkdar jurnalist vəfat etdi
20 Yanvar 2020 , 12:34

Əməkdar jurnalist vəfat etdi - FOTO


Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva ömrünün 89-cu ilində vəfat edib.

 

Primetime.az xəbər verir ki, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

 

1987-ci ildə Azərinformda (indiki AzərTac) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

 

Allah rəhmət eləsin!

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR