Burada sizin reklamınız ola bilər

“Fransızsayağı qarnir”də gözlənilməz hadisələr
21 Yanvar 2020 , 13:25

“Fransızsayağı qarnir”də gözlənilməz hadisələr


31 yanvar saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mark Kamolettinin “Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyası nümayiş olunacaq. Əsərdə ağlasığmaz sevgi oyunlarından bəhs edilir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.

 

Primetime.az xəbər verir ki, dövlət Musiqili Teatrının rus bölməsi tərəfindən hazırlanan bu komediya tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanıb.

 

Qeyd edək ki, “Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

 

Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR