Burada sizin reklamınız ola bilər

Rəqqaslarımız dünyanın ən çox izlənən TV şousunda çıxış ediblər
24 Yanvar 2020 , 21:40

Rəqqaslarımız dünyanın ən çox izlənən TV şousunda çıxış ediblər


Azərbaycan rəqqasları Çində ay təqvimi ilə qeyd olunan yeni ilə - Yaz bayramına həsr olunan televiziya qala-konsertində çıxış ediblər.

 

Primetime.az Nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rəqs Ansamblının 21 nəfərlik heyəti tamaşaçı sayına görə dünyada ən böyük televiziya əyləncə şousu olan qala-konsertdə “Qaytağı” rəqsini ifa ediblər.

 

Qeyd edək ki, Çin Mərkəzi Televiziyası (CCTV) 1983-cü ildən bəri hər il yaz festivalının bayram axşamı ölkənin tanınmış incəsənət ustalarının və xaricdən dəvət olunan qonaqların iştirakı ilə qala- konsert proqramını təqdim edir. Ötənilki qala-konsertini televiziya və internet vasitəsilə 163 ölkədə 1 milyard 17 milyondan çox tamaşaçı izləyib.

 

CCTV-nin qala-konserti tamaşaçı sayına görə Ginnesin Rekordlar Kitabına düşüb.

 

Şərq ölkələrinin ay təqviminə əsasən, bu il yanvarın 25-i yeni ilin ilk günüdür. Bu bayram Çində həm də Yaz festivalı adlanır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR