Burada sizin reklamınız ola bilər

Azərbaycanlı tələbə qız gözəllik müsabiqəsində “Miss Təvazökarlıq” nominasiyasının qalibi oldu
28 Yanvar 2020 , 13:56

Azərbaycanlı tələbə qız gözəllik müsabiqəsində “Miss Təvazökarlıq” nominasiyasının qalibi oldu


Həştərxanda azərbaycanlı tələbə “Etno-Miss HDTU-2020” müsabiqəsində “Miss Təvazökarlıq” nominasiyasının qalibi olub.

 

Primetime.az universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki, Həştərxan Dövlət Texniki Universitetinin (HDTU) İqtisadiyyat İnstitutunun tələbəsi Aysel Musayeva gözəllik və istedad müsabiqəsinin “Miss Təvazökarlıq” nominasiyasında qalib adını qazanıb.

 

HDTU-da keçirilən gözəllik və istedad müsabiqəsində ən gözəl tələbə qız seçilib. Bu dəfə HDTU-nun hər institut və fakültəsindən olan 7 qız müxtəlif etnik istiqamətlər nümayiş etdiriblər. Qızlar nümunə üçün vətəndaşları HDTU-da təhsil alan ölkələri - Azərbaycanı, İspaniyanı, Madaqaskarı, Misiri, Rusiyanı, Ukraynanı və Gürcüstanı seçiblər.

 

İştirakçılar öz istedadlarını şounun üç mərhələsində nümayiş etdiriblər. Münsiflər heyətinin suallarına cavablarında qızlar həyatda qarşılarına qoyduqları məqsədlərdən danışıb, peşəkar gələcəkləri barədə planlarını bölüşüb, müasir gəncliyin həyatında Qələbə Gününün rolunu müzakirə ediblər.

 

“Etno-Miss HDTU-2020” müsabiqəsinin əsas hissəsi yaradıcılıq nömrələri olub. Müsabiqənin qonaqları həmin axşam improvizə olunmuş Azərbaycan toyunda iştirak ediblər. Bayramda gəlin rolunu tələbə Aysel Musayeva yerinə yetirib. Artistlər toy adətləri barədə söhbət açıb, gözəl milli rəqs ifa ediblər.

 

“Etno-Miss HDTU-2020” adına HDTU-nun Şəhərsalma İnstitutunun tələbəsi Anna Ulyanova layiq görülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR