Burada sizin reklamınız ola bilər

Gigiyena və Epidemiologiya Mərkəzi Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görür
28 Yanvar 2020 , 19:40

Gigiyena və Epidemiologiya Mərkəzi Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görür


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus təhlükəsi ilə əlaqədar Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görüb.
 

Primetime.az xəbər verir ki, Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, əgər Çində karantin tədbirləri həyata keçirilirsə, hər kəs özünü qorumaq üçün onlayn sifarişləri  dayandırmalıdır: “Düzdür, həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar. Çünki koronavirus haqqında ÜST-ün belə tam məlumatı yoxdur. Virus hələ öyrənilir. Ona görə bir qədər ehtiyatlı olmaq lazımdır”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR