Burada sizin reklamınız ola bilər

Üç ölkənin tanınmış opera ulduzları Bakıya gəlir
29 Yanvar 2020 , 16:00

Üç ölkənin tanınmış opera ulduzları Bakıya gəlir


Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov (Marsel) dəvət edilib.

 

Operada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər.

 

Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR