Burada sizin reklamınız ola bilər

Bakıda Bilik günü belə qeyd olundu – Birincilərin maraqlı anları… – VİDEO/FOTO
13 Avqust 2019 , 11:33

Bakıda Bilik günü belə qeyd olundu – Birincilərin maraqlı anları… – VİDEO/FOTO


 

Azərbaycanda yeni dərs ili başlayıb. Bu gün ölkənin bütün məktəblərində ilk dərslər keçirilir.

 

Ümumtəhsil müəssisələrində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə – mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

 

Qeyd edək ki, yeni tədris ilində ümumitəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq.

 

Primetime.az ilk dərs günü ilə bağlı paytaxt məktəblərindən hazırladığı foto və video reportajı təqdim edir:

 

Foto, video – Kərim Abbasov

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR