Burada sizin reklamınız ola bilər

Azərbaycanın investisiya cəlbediciliyi artıb
12 Fevral 2020 , 14:41

Azərbaycanın investisiya cəlbediciliyi artıb


Avropa Palatası (“EuCham”) “2020-ci ildə biznes üçün ən yaxşı Avropa ölkələri” adlı araşdırma hazırlayıb.

 

Primetime.az xəbər verir ki, sənəddə investisiya cəlbediciliyinə görə ölkələrin reytinqi tərtib olunub.

 

Azərbaycan siyahıda 53 balla 41-ci yeri tutub. 2019-cu illə müqayisədə Azərbaycan 3 pillə irəliləyib.

 

Gürcüstan isə investisiya cəlbediciliyini nisbətən itirib. Belə ki, ötən il siyahıda 16-cı olan qonşu ölkə reytinqdə iki pillə geriləyərək 70 balla 18-ci yerdə qərarlaşıb.

 

Araşdırmada Dünya Bankı və “Beynəlxalq Şəffaflıq” təşkilatının indeksləri əsas götürülüb. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR