Burada sizin reklamınız ola bilər

Emin Ağalarov parti keçirdi
12 Fevral 2020 , 16:09

Emin Ağalarov parti keçirdi - VİDEO + FOTOLAR


Ötən gün martın 14-də Soçidə keçiriləcək “Jara” festivalı münasibətilə “pre-party” təşkil olunub.

 

Primetime.az xəbər verir ki, tədbirdə Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN), Nüşa, “Fabrika” qrupu, Mitya Fomin, Brendon Stoun, Ternovoy, Konstantin Tarasük, Yuliya Baranovskaya, Natan, “M-Band”, Vadim Vernik, “Cosmos Girls” və digərləri iştirak edib.

 

Qeyd edək ki, “Jara” festivalı ildən-ilə sürətlənir və yeni ölkə və şəhərləri fəth edir. Bu il “Jara” martın 14-də Soçidə, mayın 7-də Monakoda, mayın 31-də Düsseldorfda (Almaniya) baş tutacaq. Bakıda sayca beşinci festival 29 iyul-2 avqust tarixlərində keçiriləcək.

 

Festivalın təşkilatçıları Azərbaycan Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Zolotoy qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

 


 


 


 


 


 


 


 


 


 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR