Burada sizin reklamınız ola bilər

OPEC dünyada neftə olan tələbatın artacağını proqnozlaşdırır
12 Fevral 2020 , 19:03

OPEC dünyada neftə olan tələbatın artacağını proqnozlaşdırır


Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) proqnozuna görə, bu il dünya üzrə gündəlik ortalama neft tələbatı 100,73 mln. barel olacaq ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 0,99 mln. barel çoxdur.

 

Primetime.az-ın OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2019-cu ildə dünya üzrə gündəlik ortalama neft tələbatı 98,74 mln. barel təşkil edib.

 

Hesabatda qeyd edilir ki, 2020-ci ilin IV rübündə dünyada neftə olan tələbat 102,38 mln. barel (2019-cu ilin müvafiq dövrü ilə 1,3% artım) olacağı gözlənilir,

 

Bu il üçün proqnozlaşdırılan ümumi gündəlik ortalama neft tələbatının böyük hissəsi (21,07 mln. barel) ABŞ-ın payına düşüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR